Dünyanın ən böyük trolleybus şəbəkəsinə sahib şəhər - FOTO

Vaxtilə Azərbaycanın 5 şəhərində trolleybus nəqliyyatı fəaliyyət göstərib. 2000-ci ilin əvvəllərində onların hamısı sökülüb, heç bir nişanə saxlanmayıb.
Bu gün bir çox insan trolleybusun vaxtının keçdiyini düşünsə də, dünyada bunun əksi baş verir. Düzdür, tramvay xətləri ilə müqayisədə trolleybus azdır. Lakin heç kim bu nəqliyyat növünün tarixə qovuşacağını iddia etmir.
Avtosfer.az xarici KİV-ə istinadlaxəbər verir ki, dünyanın ən geniş trolleybus şəbəkəsi Belarusun paytaxtı Minskdədir. 1947-ci ildə tikintisinə başlayan trolleybus xətlərinin açılışı 1952-ci ildə reallaşıb. Ilk vaxtlar 6 km xəttə və 5 trolleybusa malik şəhərdə xətlər sonradan uzadılıb.
1990-cı illərdə SSRİ-nin süququndan sonra belarusda da trolleybus parkının işi çətinləşir. Vəziyyətdən çıxış yolu kimi sovet modeli Ziu-682 trolleybusunun bazasında xüsusi model hazırlanaraq yerli zavodda istehsal edilir. 2008-ci ilin sonlarında bu trolleybuslat xətdən çıxarılır. Hazırda Minskdə MAZ və Belkomunmaş şirkətlərinin istehsalı olan yerli trolleybuslar istismar edilir. Bir və iki seksiyalı trolleybuslarla yanaşı şəhərdə elektrobuslar da fəaliyyət göstərir.
Minskdə 64 marşrutda 700-dən çox trolleybus və elektrobus fəaliyyət göstərir. Bu qədər texnikaya 4 park xidmət göstərir. Şəbəkənin uzunluğu 276 kilometr, xətlərin ümumi uzunluğu 1415 kilometrdir.
Minsk də daxil olmaqla Belarusun 7 şəhərində trolleybuslar fəaliyyət göstərir. İşin maraqlı tərəfi bu ölkədə trolleybus sisteminin heç bir şəhərdə ləğv edilməməsidir. Lakin ictimai nqliyyat inkişaf etdikcə xətlər də çevik şəkildə yenilənir və ya bağlanır. Ən əsası, Belarusda istismar edilinən bütün trolleybuslar yerli istehsaldır.
Bir haşiyə çıxaq ki, 2015-ci ilədək dünyada ən böyük trolleybus şəbəkəsi Moskvada olub. 2020-ci ildə trolleybus şəbəkəsinin sökülməsinə səbəb kimi “sistemin arxaikləşməsi” göstərilib. Hazırda Moskvada cəmi 1 xətdə 3 trolleybus işləyir ki, bunlar da tarixi eksponat kimis naxlanılır. Belarusda isə trolleybusun ləğvi heç kimin ağlının ucundan belə keçmir.
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO



















