Elektromobildə 5,5 litr benizn mühərrik? - FOTO

Xəbərin başlığı sizi çaşdırmasın. Burada söhbət hibrid avtomobildən deyil, elektromobildən gedir. Xəbəri oxumazdan əvvəl Avtosfer.az saytında fevral ayında verilmiş xəbərə nəzər yetirin:
https://avtosfer.az/az/avtosfer-foto/i%CC%87ki-esr-evvel-dunyada-hibrid-avtomobil-bele-idi-porcshe-nin-hibridi-vi%CC%87deo-foto-168314
Avtosfer.az xatırladır ki, məşhur konstruktor Ferdinand Porşe özünün ilk elektromobilini 1900-cü ildə Parisdə təqdim edib. Avtomobildəki 2 ədəd 2,5 litrlik mühərrikin vəzifəsi yalnız generatoru hərəkətə gətirmək idi. Avtomobil sırf elektrik dartqısına əsaslanırdı.
Sərgidən sonra Porşe məşhurlaşır və 100 avtomobil üçün sifariş alır. Mühəndis yeni avtomobili təkmilləşdirmək fikrinə düşür. Beləcə “Lohner-Porsche Mixte” modeli ortaya çıxır.
Parisdə sərgiyə çıxarılan avtomobilin mühərrikləri cəmi 7 at gücü hasil edirdisə, indi 5,5 litrlik 4 silindrli “Mercedes” mühərriki 25 at gücündə idi. Generator isə sürücünün oturacağının altında yerləşdirilmişdi.
Avtomobil kifayət qədər innovativ olsa da, çox uğur qazanmır. Çünki aparıcı güclər elektrik deyil, benzin mühərriklərin geniş yayılmasını istəyirdi. Bu da Ferdinand Porşe, Nikola Tesla və Kamil Jenatzi kimi dahilərin başqa istiqamətə yönəlməsinə səbəb oldu.
Qayıdaq 5,5 litr məsələsinə: indi 25 at gücünü ucuz motosikl mühərrikləri hasil edir. Benzin mühərriklər uzun təkamül yolu keçsə də, 150 il əvvəl ortaya qoyulan nəzəri problemlərin 70%-i tam həll olunmayıb. Bu mühərriklərin istehsaldan çıxarılmasına isə təxminən 20 il qalıb.
Bu fakt bir daha sübut edir ki, teslalar, porşelər, jenatzilər elektromobilin tərəfdarı olaraq doğru seçim etmişdilər. Təəssüf ki, bəşəriyyətin bu dahiləri başa düşməsi üçün 1 əsrdən çox vaxt lazım gəldi.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR





















