Fransa polisi avtomobil oğrularını ifşa etdi – BİZİMLƏ ƏLAQƏSİ VARMI? - FOTO

Fransanın Marsel şəhərində polis avtomobil oğurluğu ilə məşğul olan şəbəkəni ifşa edib.
Avtosfer.az “Figaro”ya istinadla xəbər verir ki, şəhərdə Yaponiya modellərinin tez-tez oğurlanması polisin diqqətini cəlb edib. Bu günlərdə oğurlanan bir avtomobil isə böyük bir şəbəkəni ifşa etməyə imkan verib.
Avtomobil sahibi polisə bildirib ki, maşının üzərindəki peyklə izləmə sistemi söndürülməyib və maşın Marsel ərazisində hərəkətsizdir.

Naviqasiya məlumatlarını izləyən polis avtomobilin bir təmir sexində olduğunu aşkara çıxarıb. Sexi izləyən qanun keşikçiləri əraziyə çox sayda saxta nömrə nişanlı avtomobilin daxil olduğunu müəyyən ediblər.
Təmir sexində əməliyyat zamanı məlum olub ki, şəhərdən oğurlanan avtomobillər burada bir neçə “prosedur”dan keçərək xaricə göndərilir. Belə ki, avtomobillərin VIN nömrəsi silinərək Afrika ölkələrinə satışa göndərilir.
Bu mümkün olmadıqda isə qiymətli detallar sökülərək keçmiş SSRİ ölkələrinə yollanır. Hər ölkəyə konkret hansı detalın nə qədər göndərildiyini, ümumiyyətlə dəstənin nə qədər avtomobil oğurladığını istintaq müəyyən edəcək.
Məhkəmənin qərarı ilə Əlcəzair əsilli Fransa vətəndaşlarından ibarət dəstənin bütün üzvləri barədə həbs qətimkan tədbiri seçilib.
Vüqar Yaşaroğlu
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR











