"Geely" ilk elektrik pikapını nümayiş etdirib - FOTO

Geely markasına məxsus olan Radar markası ilk modelini – RD6 elektrik pikapını təqdim edib. Radar markası yalnız pikapın şəkillərini dərc edib və onun texniki xarakteristikalarını açıqlamayıb. Lakin yerli KİV-lər müəyyən məlumatı əldə etməyə müvəffəq olublar.
Belə ki, elektrik pikapı müxtəlif gücə malik olan elektrik qurğuları və geniş çeşiddə opsional avadanlıq siyahısı ilə təklif ediləcəkdir. Görünən odur ki, Radar aktiv həyat tərzinə üstünlük verənlər üçün firma xəttini də buraxacaqdır – bu xəttə sörfbordlar, radioqəbuledici və soyuducu da daxildir.

Geely konserni Radar subbrendini xüsusi olaraq yüksək qiymət seqmentində olan pikapların buraxılması üçün təsis edib. Yeni markasının əsas hədəf kütləsi aktiv həyat tərzinə üstünlük verən və iri şəhərlərdə yaşayan insanlardır. Radar markasının ilk modeli RD6 adlanır.
Geely yeni pikap haqqında ətrfalı məlumat verməsə də, yerli KİV-lər elektrik pikapı barədə müəyyən məlumatı əldə etməyə müvəffəq olublar. Belə ki, Radar RD6 modeli arxa və ya tam ötürmə, habelə gücü 200 - 400 at qüvvəsi arasında olan elektrik qurğuları ilə təchiz ediləcəkdir.

Ehtimallara görə, Radar RD6 pikapı ölçülərinə görə Toyota HiLux modeli ilə müqayisə edilən olacaqdır. Pikapın salonu beş nəfər üçün nəzərdə tutulub, onun kuzovunda isə iki sörfbord yerləşir.
Şəkildəki avtomobil “dişli” BF Goodrich şinləri ilə təchiz edilib. Bundan əlavə, onun üçün geniş çeşiddə aksessuarlar nəzərdə tutulub. Məsələn, pikapı yük platformasının sərt qapağı, mini-soyuducu və radioqəbul edici ilə təchiz etmək olar.


Sonradan RD6 modelinə “yeni enerjili” orta və tam ölçülü pikaplar, iri pikap və ofrouder, habelə elektrik kvadrosikli qoşulacaqdır. Sonuncu Tesla Cyberquad və Lexus ROV hidrogen baggisinə rəqib ola bilər. İş orasındadır ki, Çində aktiv həyat tərzi üçün nəzərdə tutulmuş avtomobillərə tələbat yüksək sürətlə artır və Geely bu seqmentin əhəmiyyətli hissəsini ələ keçirmək niyyətindədir.
Yeri gəlmişkən, son zamanlar Geely yeniliklər selinin önünü açıb – son bir neçə gün ərzində Xingrui (Preface) sedanı, Binyue Cool (Coolray), FX11 və Icon Chocolate Edition krossoverləri nümayiş etdirilib.
autograph.az
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










