Yaşıllıqları məhv edən maşının hansı quruma məxsus olduğu BİLİNDİ - YENİLƏNİB - FOTO

Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
Qurumdan Oxu.Az-a bildirilib ki, maşın icra hakimiyyətinə məxsus deyil:
“Avtomobil nə icra başçısına, nə də quruma məxsus deyil”.
Oxu.Az-a daxil olan məlumata görə, avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.
12:01
Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib. Oxu.az-ın məlumatına görə, foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.
Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.
Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.
Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










