İlk S sinif “Mercedes”in istehsala başlamasından 50 il ötür - FOTO

Bəlkə də xəbərin başlığı kiməsə səhv görünə bilər. Çünki əksəriyyət belə zənn edir ki, həqiqi S sinif “Mercedes”lərin başlanğıcı Hitler dövrünə gedib çıxır. Bəli, bu yanaşma səhv deyil. W186/189, W112 və W108/109 modelləri kifayət qədər böyük ölçülü idi və uzunluğuna görə S sinfinə uyğundur. Lakin biz 50 il dedikdə rəsmi başlanğıcı nəzərdə tuturuq.

Avtosfer.az xəbər verir ki, ştutqartlı istehsalçı 1972-ci il iyulun sonundan W116 modeli ilə rəsmən S sinif istehsalına başladığını bildirib. S burada “superior”, yəni üstün mənasını verir.
Avtomobili əvvəlkilərdən fərqləndirən cəhət deformasiya olunmayan zonaların mövcudluğu idi ki, bu da qəza vaxtı salondakıları qoruyurdu.
Avtomobil ağır olduğundan bir qayda olaraq 6 və 8 silindrli mühərriklərlə təchiz edilib. 8 silindr üstünlıük təşkil edib. Mühərrik həcmi isə 3-6 litr arasında dəyişib. 450 SEL modelində isə Mercedes tarixində ən irihəcmli (söhbət minik avtomobilindən gedir) dizel mühərriki tətbiq edilib.

1978-ci ildə təqdim olunan 300 SD modeli isə turbokompressorla təchiz edilmiş ilk kütləvi minik avtomobili kimi tarixə düşüb.

Həmin ildə W116 modeli daha bir yeniliyə imza atır: avtomobildə opsiya kimi ABS sistemi təklif edilir. Bir il sonra isə onun sələfi olan W126 modelində ABS opsiya deyil, standart olur.
Hörmətli oxucu sual verə bilər ki, ABS nə çətin şeydir ki, onu ilk vaxtlar opsiya kimi təqdim ediblər? Axı indi ən ucuz Çin avtomobillərində belə bu sistem mövcuddur!
Cavab üçün Rusiyanın indiki avtomobil sənayesinə baxmaq kifayədir. Aprel ayında qəbul edilmiş standarta görə, ABS bir yana, ətalətli təhlükəsizlik kəmərindən belə imtina edilib, 70-ci illərin normasına qayıdılıb.
ABS olan və olmayan avtomobilin fərqi də elə şəkillərdən bəlli olur.
Vüqar
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR






















