“İndi Bakı-Quba yolundakı milyonlar heç nə olmamış kimi dağıdılır...” - FOTO

““Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib”.
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev öz feysbuk hesabında yazıb.
O qeyd edib ki, tikintisinə milyonlarla manat vəsait xərclənən yol cəmi bir neçə ilə dağılaraq sıradan çıxıb: “Bundan başqa, 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (məsələn, yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir. İndi bu yol dağıdılıb. Çünki bir neçə il idi sürücülər zülm çəkirdilər. Yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbət milyonlar hesabına yenidən qurulur”.
Qeyd edək ki, sözügedən yolun çəkilməsi sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə həyata keçirilib. İcraçı isə “Akkord” şirkəti olub. O vaxt Nəqliyyat Nazirliyinin rəhbərliyi bu yolun 30 il davamlı olacağını açıqlasa da, cəmi bir neçə ildən sonra yol sıradan çıxıb.
“Qafqazinfo”


Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








