“Jiquli”nin kütləvi istehsala başlamasından 55 il ötür - FOTO

1970-ci ildə SSRİ-də o dövr üçün ən yaddaalan hadisələrdən biri Volqa Avtomobil Zavodu – VAZ-ın istehsala başlaması oldu. İlk VAZ-2101 konveyeri aprelin 21-də “proletariatın dahi rəhbəri” Leninin anadan olmasının 100-cü ildönümündə tərk etdi. Sovet rəhbərləri yuvarlaq tarixlər üçün yaddaqalan iş görməyi sevirdilər.
Avtosfer.az xəbər verir ki, bir neçə ay davam edən uyğunlardırma və korreksiyalara görə kütləvi istehsala dərhal başlamaq mümkün olmadı. 1970-ci ilin sentyabrın 9-da müəsisə kütləvi istehsala keçdi. Maraqlıdır ki, həmin tarix də builki kimi çərşənbə axşamına təsadüf edirdi. İlin sonunadək 140 min maşın istehsal edildi. Növbəti ilin sentyabrında model cərgəsinə VAZ-2102 də əlavə edildi. Bir neçə il sonra zavod illik istehsal gücünə - ildə 700 min avtomobilə çatdı.
Sonradan VAZ-2103, 06, 05, 07 kimi sonradan “klassik Jiquli” adlandırılan modellər ortaya çıxdı. Dizayn nəzərə alınmasa, bu modellərin 2101-lə prinsipal fərqləri yox idi.
1970-1988-ci illərdə 4 896 000 ədəd VAZ-2101 istehsal edilib. “Klassik Jiquli”lərin son modeli olan VAZ-2107-nin istehsalı Rusiyada 2012-ci, Misirdə isə 2014-cü ildə dayandırıldı.
İstehsalın dayanmasından 40 ilə yaxın vaxt keçsə də, bu gün Azərbaycan və dünya yollarında VAZ-2101 və onun modifikasiyalarına (əsasən də 21011) rast gəlmək mümkündür.
Vüqar
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR














