"Katla" - 2157 at gücünə malik superkar təqdim edildi - FOTO

İtaliyanın "Giamaro Automobil" şirkəti ilk iki maşınını nümayiş etdirib.
Avtosfer.az championat.com-a istinadən xəbər verir ki, onlardan biri də 2157 at gücündə mühərrikə malik "Katla" superkarıdır.
Bundan əlavə, şirkət "Giamaro Albor" adlı ekstremal krossover buraxmaq niyyətindədir.
"Giamaro Katla" karbon lifli kuzov üzərində qurulub və 7,0 litrlik dörd turbinli V12 mühərriki ilə təchiz edilib. Mühərrik baza konfiqurasiyada 1670 at gücünə malikdir. Lakin ən ekstremal versiyada onun gücü 2157 at gücünə çatır. Mühərrik yeddi pilləli mexaniki transmissiya ilə birləşdirilib, lakin gələcəkdə 11 pilləli qoşa muftalı transmissiya təqdim olunacaq.
Avtomobilin aerodinamik müqavimət əmsalı 0,33-dür. Çəkisi 1450 kq-dır.
"Giamaro Albor" modeli də "Katla" ilə eyni mühərriklə təchiz ediləcək, lakin ətraflı məlumat daha sonra açıqlanacaq.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO















