KGB və vampirlər üçün xüsusi nəqliyyat - Məşhur qara “Volqa”
SSRİ-də “Volqa” avtomobilləri kult sayılırdı. Bu avtomobil ən sürətli, ən rahat və ən arzuedilən idi. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, sovet dövründə “Volqa”lar haqqında əfsanələr də dolaşırdı. Guya bu maşınla ancaq rahiblər, vampirlər gəzir, uşaqları oğurlayırlar. Buna inanmaq çətindir. Amma əslində qara “Volqa” ilə KGB əməkdaşları gəzirdilər.
“QAZ” avtomobil zavodu KGB-nin sifarişi ilə bir neçə yüz avtomobil istehsal etmişdi. İlk model “Pobeda M20Q” idi və 6 silindirli mühərriklə təchiz edilmişdi. Belə modifikasiyalı bir neçə yüz maşın buraxılmışdı. Sonra isə “Volqa-23” nazirlik üçün uyğunlaşdırıldı.
Xarici görünüşünə görə digər “Volqa”lardan fərqlənmirdi. Amma texniki göstəriciləri çox yüksək idi. Orta hesabla bu modellər 20 km/saat daha sürətlə hərəkət edirdi. Bundan başqa KGB-nin maşınları bir çox hallarda avtomatik sürətlər qutusu ilə təchiz edilirdi. Amma üzdən mexaniki sürətlər qutusuna bənzəyirdi. 1930-cu illərdən xalq arasında bu maşınlar xüsusi adla adlandırılmağa başladı (rusca olaraq “çerniy voronok” deyilirdi). KGB-nin bütün avtomobilləri qara rəngdə olurdu. Əslində isə başqa rənglərdə, hətta taksi kimi KGB maşınları da var idi. Bunun səbəbi isə ümumi axında seçilməməkdir. Kolleksionerlərin sözlərinə əsasən, bəzən “Volqa”larda 5-10 rəng qatı da aşkar edilirdi.
Bununla belə, təcrübəli insan xüsusi maşını seçə bilirdi. 8 silindirli “Volqa”nın mühərrikinin səsi 4 və ya 6 silindirli avtomobildən fərqli idi. Bundan başqa güclü mühərrik iki səsboğucu da tələb edirdi. Amma konstruktorlar iki səsboğucunu biri ilə birləşdirərək ikincini gizlədirdilər.
“Volqa”lar əsasən xariciləri izləmək üçün istifadə edilirdi. Xaricdən gələn jurnalistlər və səfirlik əməkdaşları bir qayda olaraq xarici avtomobildə gəzirdilər. Adi “Volqa” ilə onları izləmək asan deyildi. KQB əməkdaşlarını daha çox “D004” indeksli ABŞ səfirlərinin maşınları maraqlandırırdı. İndeksdəki hərf avtomobil sahibinin vəzifəsini, rəqəmlər isə ölkəni göstərirdi.
Maraqlıdır ki, KGB “Volqa”larının bütün texniki sənədləri üzdə idi və dövlət sirri sayılmırdı. Buna görə də belə modellərin istehsalından hamı xəbərdar idi. Amma xüsusi sistemlər barədə hər adam məlumatlı deyildi. Məsələn, bu günə qədər də hələ də KGB “Volqa”larının avtomatik nömrə dəyişən sisteminin olması dəqiq deyil. Amma məlumdur ki, sürücü fənərləri tək-tək yandırıb söndürə bilərdi. Maşın istismar müddətini başa vuranda əlavə cihaz və mexanizləri sökürdülər, güclü mühərriki adi mühərriklə dəyişirdilər. Sovet kəşfiyyatının xüsusi nəqliyyat maşını ikinci əl bazarında satışa çıxarılırdı....