Kondisionerlə təchiz edilmiş ilk avtomobil - FOTO

İndi avtomobillərdə kondisoinerin olması kimisə təəccübləndirmir. Amma 30 il əvvələdək bu, bahalı opsiya sayılırdı.
Avtosfer.az xəbər verir ki, tarixdə ilk kondisionerli avtomobil Packard 12 Sedan hesab edilir. Doğrudur, buna qədər həm ABŞ, həm də Avropada kondisionerli avtomobil yaratmağa kiçik cəhdlər olub. Lakin 1939-cu ilin noyabrında təqdim edilmiş Packard 12 Sedan kondisioner quraşdırılmış ilk seriya avtomobil olub. Amma amerikalılar bu yeniliyə çox da maraq göstərməyiblər. Çünki maşın özü 700 dollara olduğu halda, kondisioner üçün əlavə 300 dollar ödəmək lazım gəlirdi!
Bundan əlavə, kondisionerdən istifadə də rahat deyildi: sürücü bunun üçün mühərriki dayandırmalı, kondisioneri hərəkətə gətirən qayışı qasnağa (şkiv) taxmalı idi. Temperatur tənzimləməsindən söhbət gedə bilməzdi. Hər şey mexaniki idi. Üstəgəl, avadanlıq motor bölməsindən əlavə olaraq baqajda böyük yer tuturdu.
Maraq olmadığı üçün Packard bu opsiya ilə 1941-ci ildə vidalaşdı. Həm də İkinci dünya müharibəsi dövrü olduğundan daha asan qazanc yolları tapılmışdı.
Amerikalı istehsalçılar bu məsələyə təkrarən 50-ci illərdə qayıtdılar. Artıq elektromaqnik mufta və avtomatlaşdırma uğurla tətbiq olunurdu.
Bu gün isə avtomobil kondisioneri opsiya olmaqdan çıxaraq adi avadanlığa çevrilib.
PS. Əvvəlki illərdə Sumqayıt və Naxçıvanda belə bir praktika vardı: sürücülər kondisioneri qoşa bilməsin deyə yeni avtobus alınan kimi ilk iş kondisioneri hərəkətə gətirən qayışın çıxarılması olurdu. Yeganə məqsəd gün ərzində 5-6 litr yanacağa qənaət etmək idi. Ümid edirik daşıyıcı şirkətlər bu uyğunsuz vərdişdən əl çəkəcəklər.
Vüqar
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR









