BNA ödəmə terminallarını çıxarıb yerinə reklam yerləşdirdi - FOTOFAKT

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ödəmə terminalları yerləşdiyi məntəqədən çölə çıxarılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, yaxın günlərdə həmin məntəqənin yerində iaşə obyekti fəaliyyətə başlayacaq.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev qafqazinfo-ya ödəmə terminallarının yerinin dəyişdirildiyini təsdiqləyib. O qeyd edib ki, avadanlıqlar məntəqə daxilində həddindən artıq qızdığı üçün oradan çıxarılıb: “Bu yerdəyişmə də sərnişinlərimiz üçün hər hansı çətinlik yaratmayıb. Çünki terminallar əvvəlki məntəqənin yaxınlığında daha rahat formada sərnişinlərimizin xidmətindədir. Əvvəlki ödəmə məntəqəsinin yerində isə iaşə obyekti olacaq. Burda hər hansı qeyri-adi bir məsələ yoxdur. Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görə bilərik. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri məsələni fərqli formada təqdim edərək manipulyasiyalar edirlər”.

"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










