Lənkərana toya gedənlər ağır qəzaya düşdülər, ölən var - FOTOLAR
Avtosfer Foto
14 Mart 2022 15:49

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 13-də saat 19 radələrində Lənkəran rayonunun Zövlə kəndi ərazisində C.Salahlı idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobildəki sərnişin - Elvin Qurbanov xəstəxanaya aparılarkən yolda ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Lənkəran rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb. Belə ki, “Hundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib, C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir.
Faktla bağlı araşdırma aparılır.


Oxunub : 2354
DİGƏR XƏBƏRLƏR
20 May 2026 17:41
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
20 May 2026 12:11
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
7 May 2026 17:18
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
4 May 2026 15:00
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
1 May 2026 16:11
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
30 Aprel 2026 14:48
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
20 Aprel 2026 12:00
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
19 Aprel 2026 23:55
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
17 Aprel 2026 15:30
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
14 Aprel 2026 22:21
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
13 Aprel 2026 19:30
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
4 Aprel 2026 14:45
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
ŞƏRH YAZ











