Lökbatan qəsəbəsinin hörmətsiz svetoforu - Sayan yoxdur - FOTO

Lökbatan qəsəbəsi şəhərə yaxın olsa da, burada tıxac az hallarda olur. Qəsəbədə hərəkət əsasən yol dairələri ilə tənzimlənir, svetofor cəmi 1 yerdə 28 May və İntiqam Nəbiyev küçələrinin kəsişməsində (Qaradağ şadlıq sarayının yanı) qurulub. Digər yerlərdə buna ümumiyyətlə ehtiyac yoxdur. Məsələ bunda da deyil.
Problem bəzi sürücülərin svetofora məhəl qoymamasıdır. Elə bu səhər bir “Niva” və bir “BMV” qırmızı işıqda keçdi. Yolu normal şəkildə keçən gənc qız şəxsi sayıqlığı nəticəsində xəsarətdən xilas oldu. Təəssüf ki, bunu telefonun yaddaşına köçürə bilmədim. Digər tərəfdən, sürücülər də vərdiş üzrə svetofor xəttini keçərək tam kəsişmədə gözləyirlər ki, bu da piyadaların işini çətinləşdirir.
İlk baxışdan belə bir sual doğur: ərazidə nəzarət kameraları yoxdurmu? Var, lakin bu kameralar svetofordan 50 metr əvvəldə yerləşən avtobus dayanacağındakı qanunsuz parklamaya (2-ci cərgədə saxlama) nəzarət edir. Svetofor xətti onlar üçün ölü zonadır.
Bəs çıxış yolu nədir?
Problemin həll yolu sadədir. Yol ayrıcındakı nəzarət kameralarının yerini bir neçə metr geri çəkməklə həm qanunsuz parklama, həm də svetofora nəzarət etmək mümkündür. Üstəgəl, qəsəbənin mərkəzindən gələn nəqliyyat vasitələri (avtobuslar xaric) üçün sola dönmə qadağan edilsə, hərəkət daha da intensiv olar. 10 il əvvələdək, nəqliyyat az ikən bu manevr çətinlik yaratmırdı. İndi isə sıxlıq göz qabağındadır. Həm də nəzərə alaq ki, təxminən 200 metr aşağıda yol dairəsi olduğu üçün asan və təhlükəsiz manevr mümkündür.
Biz bir vətəndaş kimi təşəbbüs irəli sürdük. Ümid edirik DYP məsələni araşdırıb lazımi tədbir görəcək.
Vüqar Yaşaroğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











