Masallıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO

Masallı rayonunda zəncirvari yol qəzası baş verib.Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Məlik Bəylər oğlu Məlikovun idarə etdiyi avtomobil Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Rafik Süleyman oğlu İsmayılovun idarə etdiyi və Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusla və Cəlilabad rayon sakini, 1949-cu il təvəllüdlü Adışirin Aslan oğlu Ağayevin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncusu hadisə yerində ölüb.
Digər sürücülər və mikroavtobusda olan Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mətanət Hüseynbala qızı Əliyeva, Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Ruslan Əlifağa oğlu Nuruşov və Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Fizuli oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








