Nadir avtomobillər hərraca çıxarılır

İki superkar - "Mercedes-AMG One" və "Mercedes-AMG GT Black Series Project One Edition" avtomobilləri bu ilin oktyabrında Münhendə keçiriləcək "RM Sotheby's" hərracına çıxarılacaq.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, onlardan biri Nürburqrinq rekorduna sahibdir.
Avtomobillərin 2.75 milyon dollardan 3.4 milyon dollaradək qiymətə satılacağı təxmin edilir.
Hibrid "Mercedes-AMG One" 1.6 litrlik V6 turbomühərriki (574 at qüvvəsi) ilə təchiz edilib. O, həmçinin dörd elektrik mühərrikinə malikdir. Mühərriklərin ümumi gücü 1063 at qüvvəsidir. Avtomobil məhdud sayda - 275 ədəd istehsal olunub.




"Mercedes-AMG GT Black Series Project One Edition" isə 730 at gücü hasil edən 4,0 litrlik tvin-turbo V8 mühərriki ilə çalışır. Satışa çıxarılan model 2027-ci ilin mart ayına qədər zavod zəmanətinə sahibdir.




Hərracın lotları arasında 28 832 kilometr məsafə qət etmiş və mükəmməl vəziyyətdə olan nadir, 1998-ci il istehsallı "Porsche 911 Turbo S" superkupesi də olacaq. Avtomobilin 770-880 min dollar arasında satılacağını təxmin edirlər. 993 ədəd istehsal olunan bu avtomobil 3.6 litrlik altı silindrli mühərrikə malikdir. 450 at qüvvəsi sayəsində avtomobilin 100 km/saata sürətlənməsi 4.1 saniyə çəkir, maksimal sürət isə 300 km/saatdır.



Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR










