"Niva"-nı tüninq edib 90 min manata satışa çıxardılar - FOTO

Bəlkə də, təəccüblü gələcək, amma realdır. Avtosfer.az-ın xəbərinə görə, Almaniyanın “Zubr” şirkəti standart "Niva"nı tüninq edib. “Niva Monster” adlanan avtomobilə “Hankook” təkərlər qoyularaq klirens 23,5 santimetrə çatdırılıb. Avtomobilin asqısında bəzi detallar dəyişilib, bucurqad quraşdırılmaq üçün bamper dəyişdirilib. Ehtiyat təkər isə kapotun altına sığmadığından arxa qapıya keçirilib. Mühərrik və transmissiyada isə heç bir dəyişiklik yoxdur.

Qiymətə gəlincə, şirkət bu modeli 44 000 avroya təklif edir (təxminən 90 min manat). İlk baxışdan belə bir sual doğur: Avropada ciddi rəqabət şəraitində kim bu maşını alacaq? Almaniyada standart “Niva” 20 000 avrodur. Lakin şirkətin saytından görünür ki, müştəri qıtlığı yoxdur. Sifariş verən şəxs azı 3 ay səbr etməlidir.

Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO























