“Offroad” həvəskarı “Niva”sı ilə selfi çəkdirmək istədi: görün başına nə gəldi? - FOTO

Türkiyədə “offroad” yürüşü keçirən sürücülərdən biri, “Niva” markalı avtomobili ilə selfi çəkdirən zaman gölə düşüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Ispartanın Atabəy rayonunda baş verib.
Hər bazar günü bir yerə toplaşaraq ərazidə “offroad” yürüşü keçirən, təxminən 35 nəfərlik qrup, piknik keçirdikdən sonra getmək üçün hazırlaşmağa başlayıblar.
Lakin, qrupdakı “offroad” həvəskarlardan Məhmət Əskici Atabəy gölündə selfi çəkdirmək üçün “Niva”sının iki qabaq təkərini suya salıb.
Macəra həvəskarı Əskicinin sükan arxasında olduğu vaxt, maşın bir anda suyun içinə doğru hərəkət etməyə başlayıb.
Onun bütün səylərnə baxmayaraq, o, avtomobili ilə birgə suda batıb.
Hadisəni görən ətrafdakı insanlar dərhal Əskicinin köməyinə gəliblər.
O, maşının içindən öz imkanları ilə göldən çıxaraq xilas olub. Suya batan “Niva”nı isə digər nəqliyyat vasitələrinin köməkliyi ilə oradan çıxarıblar.
Hadisə nəticəsində ölən olmayıb. Amma avtomobilin ön şüşəsi qırılıb.
Baş verənləri mobil telefonun kamerasına danışan Əskici, “Avtomobilin təkərini suya salmaq üçün yavaş-yavaş hərəkət etdim, əyləcə sıxanda gördüm ki, artıq suyun içindəyəm” - deyib.
Əskicinin söylədiklərindən sonra macəra həvəskarları ona alqışlarla dəstək veriblər.
Namiq




Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR










