Paytaxt sakinlərinin səki problemi: Dövlət qurumundan reaksiya - FOTO

Ceyhun Səlimov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində (8 noyabr metrostansiyası, "Papanin körpüsü"nün yanı) yolda yarım qalmış təmir işləri ilə əlaqədar problemlər yaşanır.
Avtosfer.az xəbər verir ki, yol təmir olunan zaman səkinin 12-15 metrlik hissəsi yarımçıq qalıb.
Bu hissədən keçən piyadalar toza, yağış zamanı isə palçığa batmamaq üçün üç istiqamətdən gələn avtomobillərin yoluna enmək məcburiyyətindədirlər.
Sakinlər səkinin bu hissəsindəki çatışmazlığın aradan qaldırılması üçün sosial şəbəkədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlayıblar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a bildirib ki, məsələ nəzarətə götürülsə də, yolun səki hissəsinin təmiri məsələsi AAYDA-nın səlahiyyətində deyil.
oxu.az
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












