Paytaxtın bu məhəllələri söküləcək? - Tarixi abidələrin aqibəti necə olacaq? - FOTO

Keçmiş “Sovetski” (yaxud Bayırşəhər) ərazisində yeni söküntü işlərinin başlayacağı barədə qeyri-rəsmi məlumatlar yayılıb. Avtosfer.az xəbər verir ki, rəsmi qurumlar bu barədə xəbərləri nə təsdiq ediblər, nə də təkzib edib.
Növbəti söküntü işlərinin Mərkəzi Parkın davamı olaraq (4-cü mərhələ) aparılacağı bildirilir. Bu isə şəhərin tarixi mərkəzinin ayrılmaz tərkib hissəsi olan ərazinin plana düşməsi deməkdir.
Bakının Baş planında tarixi mərkəzin qorunacağı vəd edilir. Amma yayılan məlumatlara görə, artıq sözügedən ərazidə bir neçə dəfə ölçmə işləri aparılıb. Hətta tarixi abidələrin (memarlıq binalarının) üzərində müvafiq olaraq “TA” işarəsi qoyulub. Memarlıq binalarının saxlanılacağı, sakinlərin isə köçürüləcəyi deyilir.
Görünən odur ki, plana əsasən Mərkəzi Park daha da genişləndiriləcək. Bayırşəhərin məhəllələrindən isə yəqin ki, heç nə qalmayacaq. Fotoları təqdim edirik:
Könül







"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










