Polisdən qaçan sürücü 4 avtomobilə ziyan vurdu - FOTO

Türkiyədə polisdən qaçan sürücü 4 avtomobilə maddi ziyan vurub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Ankara şəhərinin Çankaya rayonunda baş verib. İddiaya görə, ərazidə reyd keçirən polis əməkdaşları vəziyyətindən şübhələndikləri Bora A.-nın idarə etdiyi avtomobili dayandırmaq istəyiblər.
Sürücü polisin əmrinə məhəl qoymayaraq qaçmağa başlayıb.
Polis əməkdaşları ilə başlayan qaçdı-tutdu əsnasında, 1057. küçəsində hərəkətdə olan Bora A.-nın idarəsində olan avtomobil, əvvəlcə yolun sağında park edilən 2 maşına sonrada yolun solunda dayanan 2 nəqliyyat vasitəsinə çırpılıb.
Avtomobildən çıxaraq qaçmağa cəhd edən Bora A. və sərnişini Berkat Y. polis əməkdaşları tərəfindən yaxalanıblar. Saxlanılan şəxslər ətrafda olan mətbuat işçilərinə söyüşlər söyüblər.
Hadisəni törədən Bora A.-nın idarə etdiyi maşının sükanında olan "sükan qıfılı" diqqət çəkib.
Xəbər verilməsi ilə hadisə yerinə çoxlu sayda polis briqadaları cəlb edilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO










