Polisdən qaçan sürücü qəza törətdi: sevgilisini qoyub qaçdı - FOTO

Türkiyədə polisdən qaçan sürücü qəza törədib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında Karabük vilayətinin Cümhuriyyət məhəlləsi, 49 saylı küçədə baş verib.
Kanyon körpüsü istiqamətində reyd keçirən polis əməkdaşları, 78 AD 053 qeydiyyat nömrəli avtomobilin sürücüsünü saxlamaq istəyiblər.
Lakin, Rəcəb B. polisin “Dayan” əmrinə məhəl qoymayaraq qaçmağa başlayıb.
Ərazidə çoxlu sayda polis maşınları da avtomobili təqib etməyə başlayıblar.
Təxminən 10 dəqiqə davam edən qaçdı-tutdu nəticəsində, Rəcəb B.-nin idarəetməsindən çıxan avtomobil aşaraq bir evin bağçasına düşüb.
Aşan avtomobildən çıxan Rəcəb B., xəsarət alan sevgilisi Büşra İ.-ni hadisə yerində qoyaraq qaçıb.
Polis əməkdaşlarının çağrışı ilə qəza yerinə gələn tibb əməkdaşları, Büşra İ.-ni Karabük Təhsil və Araşdırma Xəstəxanasına aparıblar.
Polis, Büşra İ.-nin verdiyi ifadə əsasında Rəcəb B.-nin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Namiq

Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










