Prospektdə alverçilər sırayla səkidə dayanaraq meyvə-tərəvəz satırlar - FOTO

Paytaxtın Nərimanov rayonu Atatürk prospektində səki küçə ticarəti ilə məşğul olan şəxslər tərəfindən zəbt olunub.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Belə ki, alverçilər səkinin genişliyindən sui-istifadə edərək meyvə-tərəvəz satırlar. Fotolardan da göründüyü kimi, səkiylə hərəkət etdikcə xoşagəlməz mənzərə təkrarlanır. Bir sözlə, səkinin yarısı küçə ticarətiylə məşğul olanlar tərəfindən zəbt olunub. İzləyici günün pik saatlarında ümumiyyətlə səkidən istifadə etməyin mümkünsüz olduğunu qeyd edib.
Eyni zamanda o, alverçilərin yararsız, çürük meyvə-tərəvəzlərin tullantılarını, plastik paketlərini və kartonlarını küçəyə ataraq ərazidə antisanitariya şəraitinə səbəb olduqlarını vurğulayıb.
Qeyd edək ki, Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydalarının 2.2-ci bəndində qeyd olunur ki, səyyari (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində həyata keçirilə bilməz.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə fiziki şəxslər 80 manat məbləğində cərimə edilir.
Nərmin
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO

















