Putin Macarıstana belə gedəcək - FOTO

ABŞ və Rusiya prezidentlərinin Budapeştdə görüşəcəyi təsdiqləndikdən sonra ortaya bəzi suallar çıxıb.
Avtosfer.az xəbər verir ki, Donald Trampla bağlı məsələ aydındır. Onun təyyarəsi üçün dünyanın demək olar heç bir ölkəsi məhdudiyyət qoymur.
Vladimir Putinlə bağlı məsələ isə bir qədər mürəkkəbdir. Ukrayna müharibəsi başladıqdan sonra Rusiyaya məxsus təyyarələrin Avropa hava məkanına girişinə qadağa qoyulub. Ötən gün isə Bolqarıstan öz hava məklanını Ukrayna müharibəsinin həlli xatirinə müvəqqəti açmağa razılıq verib. Bu da anlaşılandır, lakin bəzi suallar açıq qalır.
Putinin Macarıstana İl-96-300 markalı təyyarə ilə gedəcəyi birmənalıdır. Ölkənin birinci bortu yüksək səviyyəli lazer mühafizəsi və radioelektron mübarizə sistemləri ilə təchiz olunub. Bununla belə, İl-96 mülki layner hesab edilir.
Rusiya mediası iddia edir ki, dövlət başçısının təyyarəsini 1 ədəd Su-35 qırıcısı və 1 ədəd İl-22PP radioelektron mübarizə təyyarəsi müşayiət edəcək. Bu, dünyada ən yaxşı qorunan kortejlərdən hesab edilir.
Lakin bir çox suala cavab hələ ki tapılmayıb: Putini daşıyan İl-96-300 markalı mülki laynerin Avropa hava məkanına müvəqqəti daxil olmasına icazə verilməsi mümkündür. Bəs rusların təbirincə desək “dost olmayan ölkələr” 2 hərbi təyyarənin də birinci bortu müşayiət etməsinə razı olacaqmı?
Digər tərəfdən, Kremldəki yüksək çinli məmuirlar və yüksək ranqlı rus diplomatların çoxu Şengen zonasının qara siyahısındadır. Onların viza məsələsi necə olacaq?
Bu suallar hələ ki, açıq olaraq qalır.
Vüqar
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO











