Qapalı şəlalə, cakuzi, kəpənək və bambuk bağları... - Dünyanın ən yaxşı aeroportu - FOTOLAR

Sinqapurun Çangi aeroportu dünyanın ən yaxşı hava limanıdır. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Forbes Travel Guide” bələdçilik xidmətinin açıqladığı reytinqdə deyilir. Artıq ikinci dəfədir, bu nominasiyada qalib seçilən Çangi aeroportu hava limanı konsepsiyasına yeniliklər gətirməsi ilə seçilir. Belə ki, aeroportun daxilində dünyanın ən hündür qapalı şəlaləsi, 24 saat fəaliyyət göstərən kinoteatr, kəpənək və bambuk bağları, eləcə də sərnişinlərin təyyarələrin havaya qalxmasını izləyə biləcəkləri hovuz və cakuzi yerləşir. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Emirates” aviaşirkəti dünyanın ən yaxşı hava yolları şirkəti seçilib. Mütəxəssislər qeyd edir ki, bu aviadaşıyıcının uğurunun sirri sərnişinlərə göstərilən xidmətin hər aspektini daim təkmilləşdirməsindədir. ABŞ-nin ən yaxşı aviaşirkəti isə pulsuz Wi-Fi təklif edən “Delta Air Lines” şirkəti seçilib.


"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










