Quru sərhədlər bağlıdırsa, xarici nömrəli maşınlar ölkəyə necə keçir? - FOTOFAKT

Son vaxtlar ölkəmizdə xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlmək olur. Adətən Rusiya, Ukrayna, Türkiyə və daha çox Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər paytaxt küçələrində üstünlük təşkil edir.
Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Maraqlıdır, quru sərhədlər bağlı olduğu halda xarici qeydiyyat nişanlı avtomobillər şəhəri necə bürüyüb? Onlar ölkəyə necə buraxılır?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov sorğumuzu belə cavablandırıb: “Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər əsasən Gürcüstanda yaşayan azərbaycanlılardır. Hansı ki, onlar pandemiyadan öncə ölkəyə daxil olub, sərhədlər bağlanıb, sonradan geri qayıtmaları mümkün olmayıb. Pandemiya dövründə burada qalan avtomobillər var ki, hələ də ölkələrinə qayıda bilmirlər.. Bundan əlavə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə ölkəyə giriş edən əcnəbi qeydiyyatlı avtomobillər də olur. Yəni onlar istisna hallarda aidiyyəti qurumdan rəsmi icazə alır və sərhəd keçid məntəqələrindən buraxılırlar”.




"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










