“Radius” Babək prospektində yeni filial açdı – yerli avtomobil sənayesində iqtisadi töhfə - FOTO

Azərbaycanda avtomobil xidmətləri sahəsində fəaliyyət göstərən yerli brend “Radius”, Bakının Babək prospektində yerləşən yeni – ikinci filialını ictimaiyyətin istifadəsinə təqdim edib.
2012-ci ildə dövlət qeydiyyatına alınan və 2014-cü ildən fəaliyyət göstərən “Radius” bu gün ölkənin regionlarını əhatə edəcək geniş xidmət şəbəkəsi üzərində işləyir. Yeni filial bu inkişaf strategiyasının növbəti mühüm mərhələsidir.
6500 kvadratmetrlik ərazidə qurulan mərkəz saatda 20 avtomobilə, illik 37 mindən çox nəqliyyat vasitəsinə xidmət göstərmək gücünə malikdir. Mərkəz bazara illik 150.000-ə yaxın təkər çıxarmaq ilə yerli bazara real təsir etməyi hədəfləyir.
“Radius”un biznes modeli istehsalçılardan birbaşa idxal, standartlara uyğun depolama, texnoloji xidmət və peşəkar konsultasiya üzərində qurulub. Yeni filialda 40 təkər brendi üzrə 280 ölçüdə, ümumilikdə 18.500 ədəd təkər ehtiyatı saxlanılır.
Bu investisiya həm də sosial-iqtisadi dəyər daşıyır. Yeni filialın fəaliyyəti 100-dən artıq daimi iş yerinin yaradılmasına səbəb olub. Şirkət, eyni zamanda, yol hərəkəti təhlükəsizliyi və maarifləndirmə ilə bağlı sosial kampaniyaları da davam etdirir.
Yerli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun gücləndirilməsi baxımından “Radius”un bu addımı avtomobil sənayesində müstəqil bizneslərin artan rolunu göstərir
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR


























