Ronaldonun lüks maşınlardan ibarət 20 milyonluq "Avtoparkı" - FOTO

"Mançester Yunayted" klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo müxtəlif maşınlardan ibarət avtoparkının çəkilişlərinə icazə verib.
Avtosfer.az xəbər verir ki, o, ümumi dəyəri təxminən 20 milyon avro olan müxtəlif maşınların bir hissəsini park etdiyi qarajına baxış keçirilməsinə icazə verib.
Son model lüks maşınlar dəbdəbəli dekorativ işıqlandırılmış sərin otaqda mükəmməl şəkildə sıraya düzülüblər.
Avtoparkın başında ən azı 2,4 milyon avro dəyərində "Bugatti Chiron" yerləşir.
Növbəti park edilən "Ferrari 599 GTO"-dur. Bu avtomobil 600 min avro olaraq qiymətləndirilir. Daha sonra isə siyahıda 900 min avroya "McLaren Senna" var. Kolleksiyanın bir ucunda 360 minlik "Rolls-Royce Cullinan" və 600 min avro dəyərində "Rolls-Royce Phantom Drophead" yerləşir.
Qarajın digər tərəfində 1.8 milyon avroluq "Bugatti Veyron", 240 min avroluq ağ "Mercedes-Benz S65 AMG", 264 min avroluq bir narıncı "McLaren MP4-1"-i , 324 min avroluq bir "Lamborghini Aventador" və 720 min avro dəyərində böyük bir "Gelandewagen" yerləşir.
Otağın digər hissəsində dörd avtomobil park edilib ki, bunlar gümüşü "Ferrari", "Mercedes AMG GLE 63" və gündəlik istifadə üçün başqa bir qara "Mercedes"dir. Həmçinin möhtəşəm kolleksiyanın içində "I'm Georgina" sənədli serialının ilk epizodu zamanı göstərilən "Range Rover" də yer alıb.
Ronaldo ötən ilin yayında İngiltərəyə qayıtdıqdan sonra özünü bir "Bentley Kontinental GT" ilə məhdudlaşdırmamaq üçün avtoparkına 300 min avroluq lüks "Bentley Flying Spur" əlavə edib.
Ronaldo 2020-ci ildə özünün inanılmaz kolleksiyasına 10,2 milyon avro dəyərində məhdud sayda buraxılan "Bugatti Centodieci" də əlavə edib.
Elə həmin ildə Maranelloda Ferrari şirkətinə ekskursiya zamanı o, 1.6 milyon avro dəyərində Ferrari Monza sifariş edib.
Ronaldonun dəbdəbəli avtoparkında ən ucuz avtomobillər təxminən 48 min avro dəyərində "Lamborghini Urus" və "Chevrolet Camaro"dur.




BAKU.WS
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











