Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR

Avtosfer Foto 11 Mart 2026 17:48
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

60-80-ci illərdə SSRİ Afrika ölkələrinə böyük yardımlar edirdi. Söhbət təkcə maddi dəstəkdən deyil, həm də texnika yardımından gedir.
 

Məsələn, Mali Respublikasının aviasiyası SSRİ-nin icarəyə verdiyi 5 An-2 (Kukuruznik) ilə başlayıb. Bu təyyarələr bir daha sahibinə qaytarılmadı...

Avtosfer.az xəbər verir ki, dünyanın ən qapalı ölkələrindən olan Eritreya da vaxtilə çox sayda sovet texnikasına sahib olub. O cümlədən onun müsəlman qonşusu Efiopiya da.

Daha dəqiq desək, Eritreya elə Efiopiyanın bir hissəsi olub.

Eritreyalı separatçılar 1961-1991-ci illərdə Efiopiya ilə mübarizə apararaq müstəqillik əldə etdilər. 1998-2000-ci ildə isə artıq müstəqil və tanınmış Eritreya ilə Efiopiya arasında müharibə baş verdi. Bir sərhəd kəndində baş verən qarşıdurma 2 illik müharibəyə çevrildi. Müharibə Efoipiyada hakimiyyət dəyişikliyi və mübahisəli ərazinin Eritreyaya verilməsi ilə başa çatdı.
Bu müharibədə rusiyalı və ukraynalı muzdlular hər 2 tərəfdən aktiv iştirak etdilər. Onların arasında çox sayda peşəkar hərbçi də vardı. Başqa sözlə, 2 ölkənin vətəndaşları uzaq Afrika səhralarında hər 2 tərəfə xidmət edirdilər.
Şübhəsiz ki, onlar XX əsrdə aparılan müharibədə sovet texnikası və silahlarından istifadə ediblər.  Bu gün Eritreyanın çöllərində çox sayda atılıb qalmış sovet texnikası var.

Fotolardan görünür ki, əsas avtomobillər ZİL və UAZ-ın müxtəlif modifikasiyalarından ibarətdir. Burada həmçinin, BTR-lərə, yedəkçi texnikaya da rast gəlmək mümkündür. ZİL-157-nin içində artıq hibiskus çiçəkləyib. Kabinəsi qaldırılmış QAZ-66-ların içindən kaktuslar çıxıb.

25 il əvvəl Afrikada əks cəbhələrdə yer alan ruslar və ukraynalılar bu gün Avropada, öz ölkələrində bir-birinə düşməndir. Artıq metal qalağına çevrilmiş hərbi texnika isə turistlərin maraq obyektidir.

Vüqar

FOTO QALEREYA
Oxunub : 172
ŞƏRH YAZ
Ad

E-mail

Şərh