Sabirabad sakininin maşını bir aydır oğurlanıb, tapılmır - FOTO
Avtosfer Foto
10 Mart 2022 17:53

Sabirabadda avtomobil oğurlanıb. Bu barədə lent.az-a vətəndaş Pərviz Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə fevralın 4-dən 5-ə keçən gecə Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şikayətçi bildirib ki, göstərilən tarixdə naməlum şəxs və ya şəxslər atası Yaqub Hüseyn oğlu Məmmədovun adına olan “Vaz-21099” markalı 10-HX-450 dövlət qeydiyyat nişanlı avtomobil yaşadıqları binanın həyətindən qaçırılıb. P. Məmmədov bildirib ki, hadisə ilə bağlı polisə məlumat verilib.
Lakin bu qədər müddət keçsə də, hələ ki, avtomobil tapılmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, hazırda avtomobilin tapılması istiqamətində axtarışlar davam edir: “Sabirabad rayon sakini P.Məmmədov fevral ayının 5-də rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası Y.Məmmədova məxsus "VAZ 21099" markalı avtomobilin naməlum şəraitdə qaçırılması barədə məlumat verib.
Daxil olmuş müraciətlə əlaqədar rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. Nəqliyyat vasitəsinin tapılması, eləcə də həmin cinayət əməlini törədənin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Oxunub : 1710
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












