Reklam

Şəkidəki muzeydə maraqlı texnika və tərcümə xətası - FOTO

Avtosfer Foto 21 Aprel 2022 09:05 Oxunub 3412
Şəkidəki muzeydə maraqlı texnika və tərcümə xətası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəki Tarix-Diyarşünaslıq muzeyi rayonlarda olan muzey müəssisələrinin ən maraqlıları arasındadır. Həm də əlverişli yerdə olduğu üçün ziyarətçilər də kifayət qədər çoxdur. 
Bu günlərdə muzeyə baş çəkərkən diqqətimi bir eksponat cəlb etdi: ÇTZ markalı traktorun maketi.
Tərcümənin səhv olduğu ilk baxışdan gözümə sataşdı – sənətimiz budur. Sonradan internetdə araşdırma apardıqda modelin adının da düz göstərilmədiyi məlum üzə çıxdı.  Əslində burda təəccüblü heç nə yoxdur, sovet dövründə insanlar metal təkərli və tırtıllı traktorlara ümumi olaraq ÇTZ (Çelyabinsk Traktor Zavodu) deyirdilər. 
Araşdırmamız göstərir ki, muzeydəki model SSRİ-nin ilk traktoru olan STZ-1-ə (rusca СТЗ-1) aiddir – Stalinqrad Traktor Zavodu. Traktor ilk dəfə 1930-cu ildə Stalinqrad Traktor Zavodu, 1 il sonra isə paralel olaraq Xarkov Traktor Zavodunda istehsal edilməyə başladı və adı da müvafiq olaraq SXTZ-15/30 oldu, yəni Stalinqrad/Xarkov Traktor Zavodu. ABŞ-ın Harvester modelinin bənzəri olan bu texnika 1930-40-cı illərdə Sovet ittifaqının ən geniş yayılmış traktoru olub. Sözügedən 2 zavodda istehsal 1937-ci ildə dayansa da, Moskvadakı avtotəmir müəssisələrində yığım 1950-ci ilədək davam edib. Ümumilikdə 390 500 traktor istehsal edilib.
35 at gücündə olan karbürator mühərrikli traktor kerosinlə işləyirdi və əsas kənd təsərrüfatı işlərini yerinə yetirə bilirdi. 
Traktoru istehsal edən Stalinqrad Traktor Zavodunin adı 1961-ci ildə dəyişdirilərək Volqoqrad Traktor Zavodu adlanır. Zavodda 2000-ci illərdə istehsal dayandı, ərazisi isə 2015-ci ildə tikinti şirkətlərinə satıldı. 2020-ci ildən etibarən zavod mövcud deyil, daha doğrusu xarabalıqları qalıb. Sökülməyən bir neçə sex isə kiçik sifarişləri yerinə yetirir. Ərazidə hündürmərtəbəli binaların tikintisinə əvvəl pandemiya, indi isə müharibə imkan vermir.
Bu zavod həm də müasir Rusiyanın sənaye potensialının göstəricisidir. 30-cu illərdəki “Böyük Depressiya” dövründə dünyanın aparıcı müəssisələrini cəlb edərək ən böyük kənd təsərrüfatı texnikası istehsalçısına çevrilən ölkə indi müstəqil surətdə avtomobil istehsal edə bilmir. Nəzərə alaq ki, traktor istehsalı isə avtomobildən qat-qat çətindir. 

Qayıdak Şəkiyə: Muzeydəki eksponatın adı səhv olsa  da maraqlıdır. Avtosfer.az saytı olaraq eksponat barədə ətraflı məlumat hazırlamaq üçün muzeyə kömək göstərməyə hazırıq.

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh