Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı - FOTO + VİDEO

Qazaxıstanda sərnişin avtobusu aşıb. Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin DİN mətbuat xidmətindən məlumat verilib. Qəza bu gün səhər saatlarında Jambıl vilayətinin Kodray rayonu, Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində qeydə alınıb.
“Toyota Camry” markalı avtomobil yol kənarında dayanmış yük maşınına çırpılıb. Bu arada arxadan gələn avtobus sürücüsü qəzanı görüb hadisədən yayınmaq üçün manevr edib. Lakin sürücü idarəetməni itirərək avtobusu yol kənarına aşırıb.
Nəticədə hadisə yerində 8 nəfər, daha üç nəfər də xəstəxanada ölüb, 29 nəfər isə xəsarət alıb.
Ölənlərin hamısı, yaralananlardan isə 7 nəfəri Özbəkistan vətəndaşıdır.
Qazaxıstan prezidenti Kazım Jomart Tokaev ölənlərin yaxınlarına başsağlığı verib və aidiyyəti orqanlara tədbirlərin görülməsini tapşırıb.
Qəza əməliyyat-istintaq qrupu tərəfindən araşdırılır.
Günahkarı 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Namiq

Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








