Sovet adamlarının təfəkkürünü dəyişən avtomobil - VAZ-2101 - FOTO

1970-ci aprelin 19-da 6 ədəd sınaq üçün yığılmış VAZ-2101 VAZ-ın konveyerini tərk etdi. Lakin seriya istehsal 3 gün sonra “proletariatın dahi rəhbəri” Leninin anadan olmasının 100 illiyi günündə başladı. Beləliklə, sovet insanının texnikaya yanaşmasını dəyişən avtomobil həyata vəsiqə aldı.
Avtosfer.az xəbər verir ki, VAZ-2101 SSRİ-nin süqutundan sonra da istehsalı davam edən modellərin başlanğıcı oldu. “Klassik Jiquli” hesab edilən modellər 2012-ci ilədək Rusiyada, 2014-cü ilədək Misirdə istehsal edildi.
Yeni avtomobilin ortaya çıxması ilə sovet sürücülərinin sürüş tərzi də dəyişdi. “Jiquli” tez-tez qəzalara səbəb olurdu. Belə ki, avropalı istehsalçıların tormoz sistemi ilə təchiz olunmuş maşın svetoforda qəflətən dayandıqda arxadan gələn “Volqa”lar qısa məsafədə dayana bilməyərək qəza törədirdi. Artıq sürücülər “Jiquli”dən qorxmağa başlamışdılar.
İlk “Jiquli” istehsala başlayanda çox sayda xarici detalla yığılırdı. Bu da indiyədək davam edən əfsanələrin yaranmasına səbəb olub.
VAZ-2101-in istehsalı 1983-cü ildə dayansa da, fərqli modifikasiyalar (VAZ-21011, VAZ-21013) 1988-ci ilədək konveyerdə qaldı. Bütün modifikasiyalardan 4 896 900 ədəd VAZ-2101 istehsal olunub. Ümumilikdə isə “VAZ klassikası” adlanan arxa intiqallı avtomobillər 2014-cü ilədək 17,6 milyon ədəd istehsal edilib.
Bir maraqlı faktı da deyək ki, “Jiquli”lərin artması ilə yüksək sürətə həvəs də artdı. Buna görə də SSRİ-də yol hərəkəti haqqında qanuna dəyişiklik edilərək maksimal sürət limiti – 90 km/saat tətbiq edildi. Bu mənasız məhdudiyyət bu gün də MDB-nin əksər ölkələrində qüvvədədir.
Bu gün də keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda VAZ-2101 və onun bazasında yaradılmış avtomobilləri görmək mümkündür.
İndi ilk illərdə istehsal edilmiş VAZ-2101 kolleksiyaçıların sevimli modelidir. Əgər bu avtomobildə FIAT, “Ferrodo”, “Lic Neiman”, “Magento Marelli”, “Carello” kimi istehsalçıların detalları varsa, o zaman maşının qiyməti tam fərqlidir.
Vüqar
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR













