Sürücülər “Qız qalası”nın ətrafını parkinqə çevrib - FOTO

Paytaxt ərazisində sürücülər artıq parklamaq üçün ən unikal yerləri seçirlər.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonunun bəzi küçələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi piyadayönümlü ərazilərə çevrilsin deyə bir çox addımlar atılır.
Ölkə başçısının yanvar ayında Bakının nəqliyyatinfrastrukturu ilə bağlı təsdiqlədiyi fərmanda növbəti 5 il üçün nəzərdə tutulan dəyişiklərlə əlaqədar ciddi layihələrin gerçəkləşdirilməsi planlaşdırılır. Bu planla bağlı uzun müddətdir bütün medialarda məlumatlar da paylaşılır. Buna baxmayaraq, Bakının nəqliyyat vasitəsi idarəçisi olan sakinləri hələ də yeni qanunlara uyğunlaşa bilmir.
Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki “Qız qalası”nın qarşısından keçən Qüllə küçəsinin kənarında parklanma üçün icazə verilməyən ərazidə maşınlar saxlayır. Fevral ayında 77-UR-893 qeydiyyat nişanlı “Changan” markalı avtomobilin həmin yerdə parklanması ilə bağlı xəbər dərc etmişdik. Ötən gün isə eyni yerdə 90-FF-107 nömrəli “Mercedes” markalı avtomobil saxlayıblar.

Ərazidə yaşayan sakinlər, eləcə də yerli turistlər bu vəziyyətin qoruq ərazisində hərəkəti çətinləşdirdiyini bildirirlər. Vətəndaşlar aidiyyəti qurumlardan yaranmış problemin həll edilməsini xahiş edir.
Səfər
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR









