Reklam

Taksi sürücüsü narkokuryer kimi həbs edildi - Onları necə zərərsizləşdirməli? - FOTO

Avtosfer Foto 15 İyul 2024 15:46 Oxunub 10580
Taksi sürücüsü narkokuryer kimi həbs edildi - Onları necə zərərsizləşdirməli? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün öncə Baku TV-də aparıcı Elçin Əlibəylinin verilişində qonaq idim və suala cavab olaraq bildirdim ki, taksi sürücülərinin sayının azalmasında başqa məqamlar da var. Onların arasında narkoman, narkokuryer, müxtəlif xəstəlikləri olanlar və avtomobili taksi xidmətinə yaramayan insanlar var. Aparıcı da qayıdıb dedi ki, siz 35 min taksi sürücüsünə narkoman dediniz. Dedim, xeyr, mən deyirəm ki, 35 minin arasında narkoman, narkokuryer, xəstəlikləri olanlar və maşını tələblərə uyğun gəlməyənlər də var.


Nəysə, indi bəzi taksi qrupları orda-burda adımdan paylaşım edib ki, Elməddin Muradlı taksi sürücülərinə narkoman dedi. Elə bil, Azərbaycanda narkoman taksi sürücüsü yoxdur, yoxsa narkotik satan taksi sürücüsü tapılmır. Buyurun, bu fotoda gördüyünüz adam Uber-in taksi sürücüsüdür. Narkokuryer kimi işləyir. Abşeron polisi tutub. Xəbəri Daxili İşlər Nazirliyi paylaşıb.

Ötən dövrə nəzər salanda da görürür ki, ölkədə narkotiklə bağlı kifayət qədər taksi sürücüsü polis tərəfindən tutulub, həbs verilib, sutkaya düşənlər də olub. Bəlkə yoxdur?

Qanunu qəbul edənlər qalıb o yanda, qərar verənlər qalıb bu yanda, bəzi kütbeyinlər elə bilir ki, qanunu da, qərarları da mən qəbul eləmişəm.
Əziz taksi sürücüləri! Sizə ünvanı səhv göstəriblər. Ya da nəsə hirsinizi tökməyə adam tapmamısız, məndə sataşırsınız. Bəli, mən istəyirəm ki, ölkədə taksi xidməti normal olsun, narkomanlar və xəstəliyi olanlar yox, sağlam, vicdanlı adamlar işləsin. Siz istəmirsiz? Sizin istəyiniz odur ki, narkomanlar, psixi xəstələr tör-töküntü maşınlar camaatın ailəsinə-uşağına sataşsın? Yadınızdan çıxıb bəlkə, qadınlara qarşı əxlaqsız davranış göstərən taksi sürücüləri? Polis onları bir-bir yox, topa-topa tuturdu. Bir günə 5-10 nəfər, Yaddan çıxıb? İndi yoxdur belələri? Əlbəttə var. Sadəcə zamanla onlar da aradan çıxacaq.
Nəzarət olmayan yerdə xaos olur. Sizə xaos lazımdırsa o başqa məsələ. Yox əgər bu sahədə ciddi nizam-intizam, normal xidmət istəyirsinizsə ona nail olmaq üçün ağır və sərt qərarlar olmalıdır və oldu da. Bu gün başlamasaydılar sabah artıq gec olacaqdı. Bunu başa düşənlər var, başa düşməyənlər də boş-boş danışır.


Mən populist çıxışlardan uzağam. Durub yalandan deyim ki, ay aman, qoymayın, taksi sürücüləri batdı, ay haray, yardım edin. Dərhal deyəcəksiniz ki, halal olsun, bizim adamdır. Amma deyirəm ki, qanunda belədir, qanuna əməl edilməlidir, o saat başlayırlar ki, bu adam bizə düşməndir.


Etiraf etmək lazımdır ki, qanunda bəzi boşluqlar var. Onları da deyirəm və əminəm ki, düzələcək. Bu sahədə nə kimi işlər görülməlidirsə onları da demişəm. Taksi sürücülərinin avtobus zolaqlarından istifadə edə bilməsini, müştəri mindirib-düşürəndə cərimə edilməməsini, taksi duracaqlarının sayının artırılmasını, taksi duracaqlarda başqa maşınlar dayanarsa cərimə edilməsini və sair təklifləri mən səsləndirmişəm və bu gün deyirəm. Bəziləri həllini tapıb, qalanları da düzələcək. Amma siz siz olun, dünyaya gözü açıq baxın, kiminsə uydurma sözləri ilə qaza gəlməyin. Bir açın o verilişin videosuna baxın, sonra ittiham edin.
Vaxt gələcək, özünüz də görəcəksiniz ki, nizam-intizamla işləmək necə maraqlı və gözəldir...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh