Tarixdə ən bahalı avtomobil nömrələri bunlardır - FOTOLAR

Nömrə nişanı avtomobilin vacib atributu olsa da, ona münasibət ölkəyə və şəxsə görə dəyişir. Avropada ciddi baxılmasa da, Şərqdə nömrə həm də nüfuz məsələsidir.
Avtosfer.az bir neçə gün əvvəl Əbu Dabidəki son nömrə hərracı barədə xəbər vermişdi. İndi isə tarixən satılmış ən bahalı nömrələrdən danışacağıq.
Beləliklə,
1 – NO 1
Bu, avtomobil tarixinə ən bahalı nömrə kimi düşüb. Nömrəni 2008-ci ildə Əbu dabidə məşhur biznesmen Əbdül Qafar əl Xuri 13 milyon avroya alıb. Həmin vaxtda bu pula 65 Ferrari və ya 870 Renault Clio almaq olardı
2 – D5
Bu nömrə 2016-cı ildə 8 milyon avroya satılıb. Xoşbəxt müştəri hindistanlı milyoner Balvinder sahani idi.
3 - NO 5
Bu nömrə 2007-ci ildə qətərli iş adamı Təlal Əli Məhəmməd Xuri tərəfindən 6 milyon avroya alınıb. Cəmi 1 il sonra əmisi oğlu onu necə deyərlər, taxtdan salıb (NO). O vaxtdan əmiuşaqları arasında ciddi narazılıq yaranıb.
4 – NO 7
Bu nömrə də Əbu- Dabidə satılıb. 2010-cu ilin fevralında 4 milyon avroya.
5- NO 9
Yenə də eyni il, eyni şəhər. Qiymət 2,3 milyon avro
6 – 25 O
Bu nömrə nişanının sahibi isə BƏƏ deyil, Böyük Britaniya vətəndaşıdır. Bu nömrənin qiyməti 610 000 avrodur.
7 – X 1
Yenə Britaniya, il 2012, qiymət 600 000 avro.
8 – G 1
Britaniya, 590 000 avro
9 – F 1
2008-ci il. Ölkə Britaniya, alan ərəb. BƏƏ vətəndaşının 500 000 avroya aldığı nömrənin bugünkü bazar dəyəri 12 milyon avrodur.
10 – S 1
Şotlandiyanın ən bahalı nömrəsi 2008-ci ildə 480 000 avroya alınaraq bir Scodanın üzərinə bağlanıb.
11 – 1 D
Bu xoşbəxt kombinasiya üçün livanlı iş adamı Nabil Bişara 400 000 avro ödəyib.
12 – M 1
Bu nömrəni 2006-cı ildə britaniyalı iş adamı 390 000 avroya alaraq oğluna hədiyyə edib. İndiki dəyəri 1 milyon avrodan çoxdur.
Hörmətli oxucu, bu xəbərə müxtəlif prizmadan (iqtisadi, dini, siyasi və s.) münasibət bildirmək mümkün idi. Lakin lüzum görmədik.
Lakin bir məsələni unutmayaq ki, bu rekordlar daimi deyil. Bəlkə də sən bu xəbəri oxuduğun anda kimsə daha bahalı nömrə alacaq.
Vüqar Yaşaroğlu
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR




















