Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə - AYNA və DYP uşaqlarla görüşdü - FOTOLAR

Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları ilə birgə “Uşaq hüquqları aylığı” çərçivəsində təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə xarakterli “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” adlı tədbir keçirilib. Çıxış edən məruzəçilər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən tədbirdə azyaşlılara yol nişanları və yol hərəkəti qaydaları haqqında məlumat verilib. Uşaqlar mövzuya uyğun əyləncəli oyunda iştirak ediblər, onlara sertifikatlar təqdim olunub.
AYNA-nın Təlim-Tədris Departamenti və “Sürücü Təlim Mərkəzi” MMC-nin dəstəyi ilə həyata keçirilən maarifləndirici tədbirdə DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da iştirak ediblər.
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO





















