Bakda təhlükə mənbəyi olan təlimçilər: əlində telefon, tıxac və... - VİDEO
Son zamanlar ölkədə, xüsusilə paytaxt Bakıda avtomobil təlimçilərinin sayı artıb. İlk baxışdan bu yaxşı bir hal kimi görünür. Amma sosial şəbəkələrdə elə təlimçilərin özləri tərəfindən yayılan video və fotolara baxdıqda həm qayda pozduqlarının, həm də təhlükə yaratdıqlarının şahidi oluruq. Məsələn, 99-NJ-972 dövlət nömrə nişanlı təlim avtomobilini avtobuslar üçün nəzərdə tutulan dayanacaqda park halında görürük. Gələcəyin sürücüsü yetişdirən bu təlimçi görəsən nə düşünür? Bəlkə bu addımı ilə təlim keçdiyi şəxsə də “nümunə” olur.
Yaxud, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da təlim zamanı canlı yayımları ilə məşhur olan, 90-LR-231 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, eyni zamanda təlimçi olan Kəmalə adlı xanım ilk dəsrdə sürücülüyə namizədi niyə “20 yanvar” dairsinə aparır? Həmçinin əlində telefon canlı yayım açaraq izləyicilərlə danışır, mesajlaşır.
Qanunla təlimçi sərnişin deyil, sürücü hüququna malikdir. Yəni avtomobilin idarə edilməsində birbaşa iştirak edir. Bu zaman mobil telefondan istifadə etmək olarmı?
Eyni zamanda yeni avtomobil idarə edən şəxsi şəhərin ən tıxaclı hissəsinə gətirib əlavə problemlər yaratmaq isə heç məntiqə uyğun deyil.
Görünür ki, bu təlimçilər gələcəyin sürücülərini yollarda təhlükə yaratmaq üçün yetişdirir.
Emin
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO












