Tikinti meyarlarına uyğun gəlməyən obyektin bütün sənədləri qaydasında imiş - RƏSMİ - FOTO - YENİLƏNİB

Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı aparılan işlərə dair müvafiq icazəverici sənədlər mövcuddur. Ümumilikdə isə tikintiyə icazə verilməmişdən öncə sənədlərin tikinti meyarlarına uyğun olub-olmaması yoxlanılır və bunun nəticəsində icazə verilir.
14:23
***
Paytaxtın mərkəzi küçələrindən birində aylardır heç kəsin xəbəri olmayan tikinti işləri aparılır.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində səkidə obyekt tikintisi gedir.
Belə ki, “Elmlər Akademiyası” metro stansiyasından Bakı Dövlət Universitetinə gedən yolda yaranan vəziyyətin fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rəylərdə Bakı Dövlət Universitetinin tələbələri bildirib ki, tikinti ötən ilin qış aylarından başlayıb və hələ də davam edir. Əvvəllər eni 5 metrdən çox olan səkinin 3 metri tikinti tərəfindən zəbt edilib.
Məsələ ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətindən saytımıza bildirildi ki, tikinti meyarlarına uyğun olmadan səkidə tikilən həmin obyektin bütün sənədləri qaydasındadır.
Mövzu ilə əlaqədar Şəhərsalma və Arxitektura idarəsindən sorğumuza hələ də cavab verilməyib.
Səfər
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











