Türkanda dəniz çirkləndirildi: Zavodlar Xəzərə plastik xammal atıb? - FOTO

Paytaxtın sahilləri zavodlar tərəfidən çirkləndirilir.
Avtosfer.az xəbər verir ki, Bakının 32 kəndindən biri olan Türkanda Xəzər dənizinin sahillərində plastik dənəciklər görülüb. Bunlar plastik məmulatların istehsalı üçün istifadə olunur.
Yaranan vəziyyətin fotosu sosial şəbəkədə müzakirələrə səbəb olub. Vaxtaşırı ölkənin su mənbələrinin istehsalçı zavod və fabriklər tərəfindən çirkləndirilməsi mövzusu medianın və sosial şəbəkələrinin gündəminə çevrilib. Bu dəfə də özbaşınalığına qarşı hansısa cəza tədbiri görülməyən zavodlar - sahibkarlar əhalini təəccübləndirməyib və anoloji əməllərini təkrarlayıblar.

Şəbəkə istifadəçiləri bildirir ki, belə xammal məhsullarına əhalinin sıx olduğu yerlərdə rast gəlmək mümkün deyil. Böyük ehtimalla, bu kimyəvi maddəni plastik istehsal edən müəssisələrdən biri tullantı sularına töküb, həmin sular da Xəzərə axıdılıb. Nəticədə, təbiətə və ölkə ekologiyasına zərər vurulub.
Vətəndaşlar adiyyatı qurumların tezliklə problemi həll etməsini tələb edir.
Səfər
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











