Türkiyədə ŞOK HADİSƏ: gəminin pəri gəncin ayağını qopartdı - FOTO
Avtosfer Foto
17 Avqust 2022 12:18

Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda gəminin pəri 18 yaşlı gəncin ayağını qoparıb.
Avtosfer.az xəbər verir ki, sahildən yola düşməyə hazırlaşan tur gəmisinin kəndiri başqa bir tur gəmisinin kəndirinə dolaşıb. Gəmidə işləyən Yaşar Görer adlı gənc kəndirləri açmaq üçün dənizə girib. Bu vaxt hərəkətə başlayan qayığın pəri Yaşarın sağ ayağına dəyib. Gəncin ayağı topuqdan qopub.
Görer öz imkanları ilə dənizdən çıxa bilib. Ayağın qopmuş hissəsi isə gəmi işçiləri tərəfindən sahildən 30 metr aralıda tapılıb.
Zərərçəkən gənc xəstəxanaya aparılıb və ayağının qopmuş hissəsi əməliyyatla yerinə tikilib.
Görerin səhhətinin yaxşı olduğu bildirilib.
Oxunub : 2240
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ













