Ukrayna dairəsinin boş qalan piyada keçidi - FOTOLAR

Şəhərin bu ərazisinə son 10 ildə ilk dəfədir baş çəkirdim. ASAN Xidmətdə işimi həll etdikdən sonra maraq mənə güc gəldi ki, mərkəzin qarşısında - Ukrayna dairəsindəki yerüstü piyada keçidinə baş çəkim.
Liftlə qalxmaq istəyim ürəyimdə qaldı. Lift işləmədiyi üçün piyada qalxmalı oldum. Sağlamlığımda ciddi problem olmasa da, bu pilləkənləri qalxanadək kifayət qədər yoruldum. Saat 12 radələri idi və hələ şiddətli isti yox idi.
Təxminən 5 dəqiqə müşahidə apararaq gördüm ki, bu müddət ərzində keçiddən bir gənc qadın uşağı ilə və bir də məktəbli qız istifadə etdi. Lakin həmin vaxtda keçidin altı ilə onadək adam qarşı tərəfə keçdi. Keçənlərin demək olar, hamısı yaşlı nəslin nümayəndələri idi.
Bəli, bir vətəndaş olaraq kiminsə yol hərəkəti qaydalarını pozmasına hər zaman qarşı olmuşam. Lakin bu situasiyada yaşlı insanlara haqq verməmək də mümkün deyil. Bu keçidi istifadə etmək üçün idmançı enerjisi tələb olunur. O da hamıda yoxdur.
Vüqar
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO













