Unikal superkar təqdim olundu - FOTO

"Pagani" şirkəti 1999-cu ildən istehsal olunan "Zonda" superkarının yeni xüsusi versiyasını təqdim edib.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu versiya "Unico" adını daşıyır və Çinin Kunlun dağ silsiləsindən ilham alaraq hazırlanmış orijinal aerodinamik qanad dizaynı ilə fərqlənir.
Unikal rodsterin qiyməti açıqlanmayıb.
Avtomobilin arxa hissəsinə bir-birinin ardınca yerləşdirilmiş iki müxtəlif ölçülü qanad əlavə edilib.
Şirkət digər dəyişikliklər arasında boyanmamış karbon və işığın səviyyəsindən asılı olaraq görünüşü dəyişən xüsusi boz-mavi rəng çalarlarını qeyd edib.
Avtomobilin salonunun görüntüləri dərc edilməyib, "Zonda Unico"nun texniki xüsusiyyətləri də açıqlanmayıb.
Ehtimala görə, "Unico" üçün əsas olaraq əvvəllər istehsal olunmuş "Zonda 760 Roadster" modeli götürülüb. Bu model 7.3 litrlik "Mercedes-AMG V12" mühərrikə və 760 at gücünə malik idi.(oxu.az)
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO














