Yasamalda parklanma yerləri zəbt olundu; sürücülər maşın saxlamağa yer tapmadı - FOTO YENİLƏNİB

16:38
Yasamal Rayonu İcra Hakimiyyətindən Avtosfer.az a bildirilib ki, "Prezident İlham Əliyevin 2022-ci il 7 fevral tarixli “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmana əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir.
Nəzərə çatdırırıq ki, avtosfer.az saytında gedən məqalədə Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində qanunsuz parklanma yerlərinin sökülməsi RİH-nin səlahiyyəti xaricindədir."
19.06.22 14:30
Bakı şəhərində parklanma yerlərinin “parkovşik”lər və müxtəlif obyekt sahibləri tərəfindən müxtəlif üsullarla zəbt olunması adi hala çevrilib. Təəssüf ki, buna nəzarət edən qurumlar bu cür halları bəzən nədənsə “görmür”.
Belə hallardan biri də Yasamal rayonunda baş verib. Avtosfer.az-a müraciət edən vətəndaş bildirib ki, Məhəmməd Naxçıvani küçəsində parklanma yerləri qanunsuz olaraq zəbt olunub. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinə şikayət etdiyini deyən sakin, həm də Prezident Adminstrasiyasına üz tutmağı planlaşdırır.
Qeyd edək ki, bu kimi hallara yol vermək qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli və hüquqi şəxslər isə 400 manatdan 4 min manatadək cərimə oluna bilər.






Yunis İsrafilov
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










