Yasamalın icra başçısı sükan arxasına keçib qanunları belə pozdu - FOTOLAR

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəxsi avtomobilini idarə edərkən qanunun tələblərini pozub. Avtosfer.az xəbər verir ki, Elşad Həsənov idarə etdiyi “BMW X7” model avtomobili idarə edərkən, sükan arxasında mobil telefonla danışıb və təhlükəsizlik kəmərindən istifafə etməyib.
Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.
Həmçinin, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır.
Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
İcra başçısının sükan arxasında təhlükəsizlik kəməri taxmadan mobil telefondan istifadəsini əks etdirən görüntüləri təqdim edirik:



Mənbə: demokrat.az
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










