Yeni təmir edilmiş 8 Noyabr prospektində piyadalar üçün ciddi təhlükə - FOTO

Bakıda uşaq arabası ilə hərəkət edən valideynlərin və ümumilikdə azmobilli şəxslərin üzləşdiyi çətinliklər hələ də tam şəkildə aradan qaldırılmayıb. Avtosfer.az xəbər verir ki, xüsusilə yerüstü və yeraltı piyada keçidləri bu kateqoriyadan olan vətəndaşlar üçün əlçatan deyil. Uşaq arabası ilə, əlil arabasında və ya yaşlı vətəndaşlar bu cür keçidlərdən rahat istifadə edə bilmirlər. Bu isə onların gündəlik həyatında ciddi narahatlıqlara səbəb olur.
Paytaxtın sıx yerlərindən biri olan 8 Noyabr prospektində son əsaslı yenidənqurma işləri aparılsa da bu məsələ hələ də həll olunmayıb. Belə ki, aparılan abadlıq işləri zamanı mövcud yerüstü və yeraltı keçidlər daha əlverişli, eynisəviyyəli və nizamlanan “zebra” keçidlərlə əvəz olunmadı. Halbuki bu, özünü doğrultmuş və bir çox dünya ölkələrində tətbiq edilən uğurlu təcrübədir.

Əksər Avropa şəhərlərində küçə keçidləri əlillər, uşaq arabası ilə hərəkət edənlər, yaşlı insanlar və digər həssas qrupların rahatlığı nəzərə alınaraq planlaşdırılır. Lakin Bakıda bu məsələyə hələ də yetərincə diqqət ayrılmadığından azmobilli şəxslər ya təhlükəli şəkildə avtomobil yoluna çıxmaq məcburiyyətində qalır, ya da yolun qarşı tərəfinə keçməkdən tamamilə imtina edirlər.
Urban bloger Anar Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhər daxilində bütün yeraltı və yerüstü piyada keçidlərinin alternativi olaraq eynisəviyyəli zebralar təşkil edilməlidir:

“Hərəkət zolaqlarının sayı hər iki istiqamətdə 2-dən çoxdursa, həmçinin işıqforla nizamlanan keçidlər olmalıdır. Bütün inkişaf etmiş ölkələr və hər qrup vətəndaşı nəzərə alan inklüziv şəhərlər bu tədbirləri görür. Yeraltı və yerüstü keçidlər yalnız şəhərdən kənar magistral yollarda olmalıdır”.
Eltac Zülfüqaroğlu
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR












