Yol qəzası qurbanlarının xatirəsi yad edildi - “Leylanın yolu” - FOTOLAR

Dünən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə Təsviri Sənət Qalereyasında Qəza Qurbanlarının Xatirə Gününə həsr olunmuş tədbir çərçivəsində “Leylanın yolu” adlı sərgi keçirib.
Xatirə gününün keçirilməsində məqsəd yol qəzalarında həlak olanların yaxınlarına
mənəvi dəstək olmaq, cəmiyyətin diqqətini bu məsələyə cəlb etmək və bununla da yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına nail olmaqdır.
Tədbirdə öncə yol qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yol qəzası nəticəsində dünyasını dəyişən, yaradıcılığı və səmimiyyəti ilə hər kəsin qəlbində iz qoyan Mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin üzvü Leyla Qurbanovanın əl işlərindən ibarət xatirə sərgisi təşkil olunub. Tədbir iştirakçıları onun yaradıcılıq işləri ilə yaxından tanış olub, duyğu dünyasına nəzər salıblar.
Bundan əlavə tədbirdə Leylanin qısa, amma zəngin yaradıcılıq fəaliyyətini əks etdirən
videoçarx nümayiş olunub.
Sərgidə Mərkəzin direktoru Kəmalə Abdullayeva çıxış edərək Leylanın istedadından,
dərnək fəaliyyətində fəallığından söz açıb.
Daha sonra Leyla Qurbanovanın anası çıxış edib və övladının sənətə olan marağından, dərnəkdə keçirdiyi xoş günlərdən, çəkdiyi rəsm əsərlərinin onun üçün necə böyük dəyər daşıdığından danışıb və onun xatirəsinin yaşadılmasına görə təşəkkür edib.
Tədbirdə xalçaçı rəssam, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının bölmə rəhbəri Aydın Rəcəbov, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis kapitanı Pərvanə Muradova, Mərkəzin direktoru Kəmalə Abdullayeva, Leyla Qurbanovanın ailə üzvləri, mərkəzin əməkdaşları və dərnək üzvləri iştirak ediblər.
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO




















