Yol qəzasında ağır yaralanan qazi yenidən həyata qaytarıldı - FOTO

Ölümün bir addımlığında olan, dörd gün süni tənəffüs aparatına qoşulu qalan qazimizdən çox gözəl xəbər var.
Avtosfer.az xəbər verir ki, Bakı-Ələt yolunda baş verən avtomobil qəzasından sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Vətən müharibəsi iştirakçısı, qazi Emrahşah Mahmudov həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılıb.
Bir müddət KTM-in Reanimasiya şöbəsində qalan qazimizin vəziyyəti yaxşılaşdığı üçün artıq digər müvafiq şöbəyə köçürülüb.
Həkim-cərrah Əziz Məmmədovun sözlərinə görə, avqustun 7-də Mərkəzə gətirilən və koma vəziyyətdə olan yaralının sağ qalmaq şansı çox az olub.
“Qəza zamanı xəstənin qaraciyəri demək olar ki, iki hissəyə bölünmüşdü. Burada əməliyyatla onun qaraciyəri tikildi. Adətən bu dərəcədə ağır yaralı xəstələrin sağ qalma şansı aşağı olur. Qara ciyərin cırılması, daxili qanaxma diaqnozu ilə onu ilk olaraq, reanimasiya şöbəsinə yerləşdirdik. Gətirilərkən xəstənin vəziyyəti çox ağır qiymətləndirilirdi və qanitirmə fonunda komaya düşmüşdü. Çox şükür, qazimizin vəziyyəti indi kifayət qədər yaxşıdır, əməliyyatı da uğurla başa çatıb və Cərrahiyyə şöbəsində müalicəsi davam edir”.
Həyatı üçün hər hansı təhlükə qalmayan qazimiz Emrahşah Mahmudov özünü kifayət qədər yaxşı hiss etdiyini deyir:
“Avqustun 7-də anamla birgə Gəncəyə, qardaşımın andiçmə mərasiminə gedirdik. Bakı-Ələt yolunda qəzaya düşdük. Deyilənə görə, hadisə nəticəsində mən çox ağır xəsarət almışam. Ona görə də heç nə yadımda qalmayıb. Məni oradan elə birbaşa təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətiriblər. Burada mənə yüksək səviyyədə tibbi xidmət göstərilib. Başda məni yenidən həyata qaytaran həkimlərimiz olmaqla, hər kəsə öz təşəkkürümü bildirirəm. Onların sayəsində həyata qayıtmışam. Əməliyyat və digər xərclərimi də icbari tibbi sığorta qarşılayıb. Buna görə də dövlətimizə minnətdaram!”
Məlumat üçün bildirək ki, E.Mahmudov Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib və yaralanıb. Atası türk, anası azərbaycanlıdır.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO












