Altı "moyka", üstü tarixi abidə -AÇIQLAMA - VİDEO

Bakıda bir çox ərazidə yaşayış obyektlərinin yaxınlığında xüsusən də binaların alt mərtəbəsində avtoyuma məntəqələri var. Lakin “Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsi tələbləri”nin 2.17-ci bəndində qeyd edilir ki, avtomobillərə texniki və digər xidmətlər ancaq qapalı qeyri-yaşayış sahələrində göstərilə bilər. Belə obyektlər yerli əhəmiyyətli memarlıq abidəsinə zərər vurusa bu ümumiyətlə düzgün deyil.
Avtosfer.az xəbər verir ki, Bakı milyonçusu olmuş İsa bəy Hacınskiyə məxsus olmuş, Bülbül prospekti 63 ünvanında yerləşən 3146 inventar nömrəli memarlıq abidəsi olan binada da analoji hal mövcuddur.
Belə ki, binanın alt mərtəbəsində avtoyuma məntəqəsi, market, “PUB”, inşaat malları mağazası var. Bəs bu nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Avtosfer.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, qurum tərəfindən mütəmadi olaraq ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi ilə bağlı monitorinqlər keçilir:
“Abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən və təyinata uyğun olunmayan istifadə halları aşkar olunduqda müvafiq tədbirlər görülür. Aşkar olunan nöqsanların böyük hissəsi uzun illər ərzində abidələrin qanunun tələblərinə zidd olaraq istifadəsi nəticəsində yaranıb. Mülkiyyətçi və ya icarədarlar tərəfindən qanunsuz müdaxilələr, kommunikasiya xətlərinin çəkilməsi, məişət qurğularının vurulması, əlavə tikililər və artırmalar, tarixi tikilinin təyinatına uyğun gəlməyən istifadə halları kimi faktlar müəyyən edilib”.
Mətbuat katibi qeyd edib ki, ötən il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub və yol verilmiş nöqsanlar aradan qaldırılıb”.
Qurumdan verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində Bülbül prospekti 63 ünvanında yerləşən memarlıq abidəsinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektdə də qeyri-qanuni istifadə faktı aşkar olunub və mülkiyyətçiyə yol verdiyi qanun pozuntularının aradan qaldırılması üçün xəbərdarlıq edilib.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












