Avtobusa sərxoş minən gənclər yaşlı qadını təhqir etdi: “Allah bəlanı versin” - VİDEO

Avtobusa sərxoş minən gənclərin yaşlı qadın sərnişinə qarşı tərbiyəsizliyi bir vətəndaş tərəfindən mobil telefonla qeydə alınıb. Avtosfer.az xəbər verir ki, kadrlar “CNNturk” xəbər portalında yayımlanıb. Hadisə axşam saatlarında İstanbulun Taksim-Qaziosmanpaşa xətti üzrə hərəkət edən sərnişin avtobusunda qeydə alınıb. Taksimdən hərəkət edən avtobusa minən və içkili olduqları iddia edilən bir qrup gənc, yüksək səslə mahını oxuyub səs-küy salmağa başlayıb. Bu arda səs-küydən narahat olan yaşlı bir qadın, gənclərdən sakit olmalarını istəyib. Heç kimi veclərinə almayaraq mahını oxumağa davam edən gənclər, daha sonra qadının “Etdiyiniz tərbiyəsizlikdir, sizə qulaq asmaq məcburiyyətində deyilik” sözünə şok bir cavab veriblər.
Gənclərdən biri qadının üzərinə yeriyərək, “Allah bəlanı versin xala, bu avtobus qəza törətsin də öl, susacaqsan, dinləyəcəksən” deyib.
Avtobusda olan digər sərnişinlərdən bəziləri gənclərə etiraz edərkən, bəziləri də dəstək veriblər.
Bütün etirazlara baxmayaraq gənclər, Xəlil Sezainin “İsyan” mahınısın oxuyub əylənməyə davam ediblər.
Avtosfer.az həmin videonu sizlərə təqdim edir:
Namiq
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












